Torakal cərrah t.e.n. Dr. Arif Ağayev - Videotorakoskopik bilateral ağciyərin rezeksiyası əməliyyatı

17 yaşlı xəstəmiz “Hər iki ağciyərin bulloz xəstəliyi, sağ tərəfli spontan gərgin pnevmotoraks” diaqnozu ilə mərkəzimizə müaricət etmişdir. Klinikamızın Torakal cərrahiyyə mərkəzinin rəhbəri, torakal cərrah t.e.n., Dr. Arif Ağayev xəstəyə “Videotorakoskopik bilateral ağciyərin rezeksiyası” əməliyyatını uğurla icra etmişdir. Əməliyyat nəticəsində, hər iki ağciyərdəki bulloz xəstəlik eyni seansda (bir mərhələdə) Endoskopik (VATS) – mini invaziv üsul tətbiq edilərək xəstəlik aradan qaldırılmışdır. 3 gün sonra xəstə, sağalma ilə evə yazıldı. Qeyd olunan əməliyyat nadir rast gəlinən və az sayılı həkimlər tərəfindən Endoskopik üsulla icra olunur. Bakı Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən Torakal cərrahiyyə şöbəsində ən son texnologiya və müasir üsullarla döş qəfəsinin cərrahi əməliyyatlarının əksəriyyəti Endoskopik yolla həyata keçirilir. Bununla yanaşı mərkəzimizdə ağciyər xəstəliklərinin diaqnostika və müalicəsi pulmonoloqlar tərəfindən aparılır.

Diqər xəbərlər